Antalyada 8 ölkədən gətirdikləri qadınları fahişəliyə cəlb edən dəstə polis tərəfindən ifşa olunub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dəstənin 9 aylıq hamilə qadını və yaşı kiçik bir qıza zorla fahişəliyə cəlb etdiyi də ortaya çıxıb. Asayiş Şöbə İdarəsi Əxlaq Bürosu rəhbəryinə çatan məlumat əsasında hərəkətə keçən polis təyin olunan ünvanları 3 ay ərzində təqibə alıb. Noyabrın 8-də səhər saat 07 radələrində əməliyyatı başlayan komandalar şəhər mərkəzində 15 ev, 1 iş yeri, 3 otel, 9 avtomobil, Serik rayonunda 2 ev və Dənizlidə 1 evə basqın təşkil edib. Basqınlarda zorla fahişəlik etdirdikləri təyin olunan 3 türk, 5 Qırğızıstan, 3 Türkmənistan, 3 Moldova, 3 Belarus, 2 Ukrayna, 1 Gürcüstan, 1 Paraqvay əsilli cəmi 21 qadın xilas edilib.
Türkmənistan əsilli qadınlardan birinin 9 aylıq hamilə olduğu, dəstənin 17 yaşlı bir qızı da zorladığı müəyyənləşib. Antalyada və İstanbulda nəzarətə alınan 14 şübhəli polisdə sorğu-suala alınıb. İfadələri alınan əcnəbi əsilli 18 qadın səhiyyə idarələrində müayinədən keçəbdən sonra ölkələrinə göndərilmək üzrə Xaricilər Şöbə İdarəsinə təhvil verilib. Nəzarətə alınan 14 şübhəlinin hüquq-mühafizə orqanlarında dindirilməsi davam edir.
Modern.az