ABŞ dövlət katibi Con Kerri Misir və İsveçrəyə səfərlər edəcək. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.
Cen Psaki qeyd edib ki, Con Kerri 12 martda Misirin Şarm əl-Şeyx şəhərində təşkil olunacaq “Misirin iqtisadi inkişafı” konfransında iştirak edəcək. Bununla yanaşı Con Kerri Misir prezidenti Abdulfəttah əs-Sisi ilə də görüşəcək.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi onu da bildirib ki, Con Kerri 15 martda “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) İranın nüvə proqramına dair aparılan danışıqlar çərçivəsində İsveçrədə səfərdə olacaq.Con Kerri bu səfəri zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.
Modern.az