Modern.az

Bakıda 5 min manatlıq samovar oğurlandı

Bakıda 5 min manatlıq samovar oğurlandı

Current

15 İyul 2016, 14:20

 

Suraxanı rayonunda 5 min manatlıq samovar oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Bakı şəhər sakini İvan Rufanenko tutulub.

 

O, Q.Feyzullayevaya məxsus evdən 5000 manat dəyərində qızıl suyuna çəkilmiş samovar və məişət əşyaları oğurlamaqda şübhəli bilinir. Onun daha 3 evdən elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı