Modern.az

Türkiyədə təslim olan hərbçilərin sayı 700 nəfərə çatdı 

Türkiyədə təslim olan hərbçilərin sayı 700 nəfərə çatdı 

Aktual

16 İyul 2016, 11:47

Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı 700 nəfərə çatıb. Modern.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təslim olan hərbçilər arasında Türkiyə ordusunun yüksək vəzifəli zabitləri də var.

 

Bundan əvvəl hərbi çevrilişə cəhddə iştirak edən 200 hərbçinin təslim olduğu bildirilir.

Qeyd edək ki, şənbə gününə keçən gecə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində 90 nəfər həlak olub, 150-dən çox yaralı var.

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı