Milli Məclisin bir qrup deputatı cari ilin oktyabr ayının 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək.
Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.
Məlumata görə, millət vəkilləri Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov Azərbaycanı təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər.
Deputatlar müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcəklər.
Səfər oktyabrın 10-da başa çatacaq.
Ağa AKİFOĞLU