Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Eduard Nalbandyanı fevralın 21-22-si tarixlərində Moskvaya səfərə dəvət edib.
Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova danışıqlar zamanı ikitərəfli münasibətlərin və Dağlıq Qarabağ probleminin müzakirə olunacağını deyib.
“Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə də müzakirələr aparılacaq”.
Nalbandyanı qəbul etməzdən öncə, Sergey Lavrov Münhen Sülh Konfransında iştirakçı olacaq.
Vüqar İSMAYILOV