Modern.az

Bakı-2017: Əlcəzair Pakistanı uddu

 Bakı-2017: Əlcəzair Pakistanı uddu

Актуально

10 May 2017, 10:57

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.

 

Kişilər arasında qrup oyunlarının II turu çərçivəsində “A” qrupunda Əlcəzair Pakistan komandası ilə qarşılaşıb.

Oyun Əlcəzair yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb - 47:24.

 

Bu qrupun digər oyununda Azərbaycan və Səudiyyə Ərəbistanı komandaları qarşılaşacaqlar. İlk oyunda millimiz Pakistan yığmasını 43:36 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı