Modern.az

Bakıda metaləritmə sexində yanğın: 2 yaralı

Bakıda metaləritmə sexində yanğın: 2 yaralı

Aktual

20 May 2017, 21:41

Bakıda metaləritmə sexində yanğın nəticəsində 2 nəfər xəsarət alıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbər verir ki, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kvadrat metr olan metaləritmə sexində baş verib. Nəticədə sexin ərazisində 10 kvadrat metr sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd  elektrik lövhəsi yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb.  Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı