Fransanın paytaxtı Paris şəhərindəki 8 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın nəticəsində 7 nəfər ölüb, 28 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbi məlum deyil.