Modern.az

Çingiz Qənizadə  problemləri dinlədi

Çingiz Qənizadə  problemləri dinlədi

Aktual

29 Aprel 2019, 13:45

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə Beyləqan rayon  Aşağı və yuxarı Çəmənli  kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.

Modern.az xəbər verir ki, deputat görüşdə seşicilərinin suallarına geniş və əhatəli cavab verib. Həmçinin seçiciləri qarşısında çıxış edərək ölkəmizin daxili və xarici siyasəti haqqında danışıb. Cənab prezident İlham Əliyevin son vaxtlar həyata keçirtdiyi islahatları qeyd edən  Çingiz Qənizadə xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsindəki imzaladığı Fərman və sərəncamlar barəsində də geniş məlumat verib.

Bundan sonra deputat seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləmiş, rayonda həll olunmalı bəzi məsələləri yerindəcə rayonun müvafiq  strukturları ilə əlaqə saxlayaraq həll edib. Digər müraciətlərə isə baxılacağına söz verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı