Modern.az

Bakıda qadını keçmiş həyat yoldaşı qətlə yetirdi

Bakıda qadını keçmiş həyat yoldaşı qətlə yetirdi

Aktual

23 İyun 2019, 00:32

Xəzər rayonunda bıçaqlanan qadın xəstəxanada ölüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

İyunun 20-də 1977-ci il təvəllüdlü Hüseynova Nurəngiz Nadir qızı yaşadığı evdə keçmiş həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. O, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, bu gün dünyasını dəyişib.


Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı