Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçilərlə PKK terror təşkilatının silahlıları arasında atışma baş verib.
Modern.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub. Daha bir hərbçinin yaralandığı deyilir.
Qeyd olunur ki, Hakkaridə atışmalar davam edir.