Modern.az

XİN: “Bu, lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”

XİN: “Bu, lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”

Aktual

24 İyul 2019, 17:11

Avstraliyanın Rayd şəhəri Şurasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul edib.

 

Qəbul edilmiş sənədlə bağlı Azərbaycan Xarici Işlər Nazirliyi münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Rayd şəhəri Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir.

 

“Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan (Sarkis Yedelian) tərəfindən irəli sürülmüş və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib”.

 

XİN rəsmisinin sözlərinə görə, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

 

“Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı