Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi çərçivəsində ilk dəfə olaraq QHT layihələrinin icra və hesabatlılıq vəziyyətinə dair “e-müşahidə” proqramını istifadəyə verib.
Modern.az xəbər verir ki, bu xidmət vasitəsi ilə QHT-lərin layihə hesabatlığına ictimai nəzarət təmin edilir, bu sahədə aşkarlıq və şəffaflıq daha da artırılır, layihənin idarə edilməsi və hesabatlıq vəziyyəti ilə bağlı QHT-lərin məsuliyyəti, maliyyə intizamı daha da gücləndirilir. Həmçinin QHT layihələrinin hesabatlığında mümkün subyektiv amillər tam olaraq aradan qaldırılır.
“Layihələrin idarəedilməsi qaydalar”ına uyğun olaraq hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:
Hesabat müqavilə ilə müəyyənləşdirilmiş son təqdim edilmə tarixindən:
Şuranın e-qht.az elektron xidmətlər portalının “e-müşahidə” bölməsinə daxil olan hər kəs icra edilən layihələrin hesabatlıq vəziyyəti ilə tanış ola biləcək. Hazırlanan videoçarxda proqramdan istifadəyə dair ətraflı və sadə şəkildə izah verilib.