Modern.az

Almalıqlı Baba

Almalıqlı Baba

Güncel

25 Oktyabr 2019, 13:39

Zəngəzur qəzasının əski müsəlman-türk mənşəli kəndi olan Almalıqlı coğrafi mövqeyinə görə orta dağlıq sahədə yerləşməklə  adının etimoloji kökünə uyğun olaraq ətrafı  qarışıq meşə ağacları və alma-armud bağları ilə əhatələnmişdi.  Orada  15-20 ailə yaşayırdı, onlar da  1940-60-cı illər ərzində Qərbi Azərbaycanın Qafan və Zəngilan nahiyələrinin ayrı-ayrı kəndlərinə köçürülməklə bu kənd tamam boşaldıldı.

    1918-1920-ci illərdə Zəngilan nahiyəsinin Yuxarı Yeməzli kəndindən qərbə tərəf 6 km aralı olan Almalıqlı kəndinin yüzbaşısı Sarılı Xaştab kənd sakini  Baba Məhəmməd oğlu (1878-1951) olub.

    1920-ci illərin əvvəllərində Almalıqlı Baba Qafan nahiyəsinin mərkəzindən 14-15 km-lik məsafədə yerləşən “Qızıldaş” ərazisindəki  yoldan keçəndə görür ki, bir hay-daşnak ünsürü ağaca bağladığı bir adamı döyür. Haydan soruşur ki, niyə döyürsən? O da cavab verir ki, bu rus bolşevikidir, XI Qızıl Ordunun əsgəridir,  1920-ci ildə bizə güllə atıb. Nə isə,  Baba hayı razı salıb həmin əsgəri xilas edib gətirir kəndə, bir müddət saxladıqdan sonra etibarlı adamı ilə onu yola salır öz Vətəninə  göndərir.

    Birləşmiş hay kilsə və daşnak sürüsünün təhriki ilə 1918-1920-ci illərdə hay quldur dəstələrinə qarşı döyüşən müsəlman-türk təşkilatçılarının və dəstə üzvlərinin kütləvi qətli dövründə - 1937-ci ildə Almalıqlı Baba həbs edilir və Bayıl türməsinə göndərilir.

     Bir gün Babanı  sorğu-suala aparanda qarşısında qovluq olan müstəntiq ondan soruşur:

    - Məni tanıyırsanmı?

     Baba duruxur, duruxur -Yox, deyir.

     Müstəntiq onun yaddaşını “ayıldır”:

    - “Qızıldaş” yolu yadındadırmı?

 Bundan sonra Baba onu tanıyır.

Müstəntiq ona qovluq göstərir ki, səni güllələnməyə təqdim ediblər, amma mən çalışacam hökmü həbslə əvəz edim. Elə də edir. Amma, təkrarən Babanın qovluğuna “Güllələnsin” sözü yazılır.   

Belə olanda müstəntiq ona bildirir ki, mən səni başqa öldürülmüş adamın  tabutunda burdan çıxarmalıyam və bu yolla Baba Bayıl türməsindən azad edilir. O, gizli yolla Cənubi Azərbaycana keçir və  oradan da Türkiyəyə...

(Yazı Zəngilan rayonu, Yuxarı Yeməzli kənd sakini Akif Adış oğlu Qurbanovun (1942) məlumatları əsasında hazırlanıb.)


Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı