Modern.az

İlham Əliyev Qətər əmirini təbrik etdi

İlham Əliyev Qətər əmirini təbrik etdi

Актуально

17 Dekabr 2019, 16:33

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə məktub göndərib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

 

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Qətər əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı