Bu gün Bakı metrosunda yenidən problem yaşanıb. Belə ki, səhər saatlarından etibarən stansiyalarda sərnişin sıxlığı yaranıb, sərnişinlərin vaqonlara minməsində çətinlik yaranıb. Bu azməş kimi qatarlar tuneldə olarkən çox aşağı sürətlə hərəkət edib.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a deyib ki, buna səbəb saat 7 radələrində "İçərişəhər" stansiyasında qatarlardan birində texniki nasazlıq yaranmasıdır:
"Qatar depoya göndərilib, əvəzinə digər qatar verilib. Bununla belə qatarlararası interval 8 dəqiqəyə çatıb. Hazırda əməkdaşlarımız intervalın bərpası istiqamətində iş aparır".