Modern.az

Zakir Qaralov iki rayona prokuror TƏYİN ETDİ

Zakir Qaralov iki rayona prokuror TƏYİN ETDİ

Aktual

25 Dekabr 2019, 15:42

“Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyevin isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin edilib”.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırkı vaxtadək qulluğa qəbul edilmiş gənclərin prokurorluğun kadr korpusunun 70 %-ni təşkil etməsi göstərilənlərin məntiqi nəticəsidir.

“Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı