Modern.az

Nazirlik şikayəti araşdırdı - Ağaclar nəzarətə götürüldü

Nazirlik şikayəti araşdırdı - Ağaclar nəzarətə götürüldü

Aktual

10 İyun 2020, 17:30

Binəqədi rayonu, keçmiş trolleybus parkının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət  Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

 

Nazirlikdən Modern.az-a-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən keçmiş trolleybus parkının ərazisində ağac kəsintisi faktının qeydə alınmadığı və ağacların normal bioloji inkişafda olduğu məlum olub. Ərazidəki ağaclar nəzarətə götürülüb.   

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı