Modern.az

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

Aktual

6 İyul 2020, 16:28

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

 

Fərmana əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

 

Əvvəllər bu səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyində idi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı