Modern.az

Türkiyə generalı Azərbaycan generalları ilə görüşdə

Türkiyə generalı Azərbaycan generalları ilə görüşdə

Güncel

11 İyun 2012, 16:46

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 11-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Bekir Kalyonçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan məmnunluqla bəhs edilib. Qeyd olunub ki, kadr potensialının gücləndirilməsi və komplektləşdirilməsi məqsədi ilə Türkiyənin müxtəlif tədris müəssisələrində təhsil almaq üçün Daxili İşlər Nazirliyinin xətti ilə 470-dən çox hərbi qulluqçu və müdavim göndərilib. Ordu generalı Bekir Kalyonçu ölkəmizə səfərindən məmnunluğunu bildirib, müvafiq qurumlar arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun,  Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəyini, qarşılıqlı əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirib.
İyunun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general polkovnik Səfər Əbiyev də Türkiyə Respublikasının jandarma baş komandanı ordu generalı Bəkir Kalyoncunu qəbul edib.
Qarşılıqlı hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi təhsil sahəsində əlaqələrin möhkəmləndirlməsi görüşün əsas mövzularından olub. Bölgədə hərbi vəziyyət barədə də geniş fikir mübadiləsi aparılıb.
Görüşlərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc da iştirak edib. 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı