Modern.az

Nazirdən kömək istəyən 1050 nəfərdən 4-nə yardım edilib

Nazirdən kömək istəyən 1050 nəfərdən 4-nə yardım edilib

Aktual

31 Dekabr 2012, 12:11

Ölkəmizdə müalicəsi mümkün olmayan bəzi xəstələr dövlət hesabına xaricə göndərilirlər. 2012-ci ildə də müalicə məqsədilə xaricə göndərilənlər olub. Amma bu xəstələrin sayı ildən-ilə azalır.

Modern.az xəbər verir ki, bu il 1000-dən çox azərbaycanlı xəstə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək, ondan xaricdə müalicə olunmalarına kömək göstərilməsini istəyib.

Səhiyyə Nazirliyindəki “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya”nın sədri Nəsib Quliyev bildirib ki, 2005-ci ildə nazir Oqray Şirəliyevin əmri ilə yaradılan komissiyanın məqsədi ölkə daxilində müalicəsi mümkün olmayan xəstələrin xaricdə sağalmasını təşkil etməkdir.

Komissiya sədrinin sözlərinə görə, 2012-ci ildə quruma 1050 nəfər müraciət edib. Amma bu il onlardan cəmi 4 nəfərinə xaricdə müalicə olunmaları üçün kömək göstərilib, göndəriş verilib. Qalanlarına Azərbaycandakı tibb ocaqlarında müalicə olunmalarına yardım edilib.

Qeyd edək ki, ötəl il dövlət hesabına 5 nəfər ölkədən kənar müalicəyə göndərilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı