Rusiyada son sutka ərzində daha 197 949 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Modern.az xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 14 133 509 nəfərə çatıb.
Qonşu ölkədə son sutka ərzində daha 706 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 340 248 nəfərə çatıb.