Modern.az

Ərdoğanın xanımından Ukrayna ÇAĞIRIŞI: Hərəkətə keçin!

Ərdoğanın xanımından Ukrayna ÇAĞIRIŞI: Hərəkətə keçin!

Aktual

27 Fevral 2022, 13:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Rusiyanın Ukraynaya hücumu ilə bağlı dinindən, dilindən, irqindən asılı olmayaraq, hər millətdən əziyyət çəkən və məzlum insanların yanında olduqlarını bildirib və beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün hərəkətə keçməyə çağırıb.

 

Modern.az "TRT"yə istinadən xəbər verir ki, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan tviterdəki paylaşımında bir ana və qadın olaraq Ukraynada baş verən zorakılığı kədərlə izlədiyini, xüsusilə qadın və uşaqlara təsir edən müharibələrin bəşəriyyət tarixində qara ləkələr olduğunu vurğulayaraq deyib:

 

“Müharibələrin tərəfləri qədər göz yumanlar da vicdanlarına düşən bu qara ləkənin məsuliyyətini daşıyır. Unutmayaq ki, müharibə həmişə göz yaşları və illərlə sonsuz dağıntı deməkdir. Dinindən, dilindən, irqindən asılı olmayaraq, biz əziyyət çəkən, məzlum xalqların yanındayıq. Allah onların hamısına kömək olsun. Beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün hərəkətə keçməyə dəvət edirəm."

 

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı