Modern.az

Budapeştdə 400 gimnast arasında 1-ci yeri tutan azərbaycanlı - FOTOLAR 

Budapeştdə 400 gimnast arasında 1-ci yeri tutan azərbaycanlı - FOTOLAR 

Aktual

8 Mart 2022, 14:52

Tarixən Azərbaycan xanımları hər zaman ictimai və dövlət işlərində, eləcə də digər sahələrdə böyuk uğurlara imza ataraq, ölkəmizi layiqincə təmsil etməyi bacarıblar. Xüsusən son illərdə idman sahəsində beynəlxalq səviyyədə Azərbaycanı tanıdan və bayrağımızı dalğalandıran xanım idmançılarımızın sayı kifayət qədərdir.

Bu günlərdə Azərbaycanın adını müxtəlif Avropa ölkələrindən olan 400-ə yaxın idmançının içərisində yüksəklərə qaldıran azyaşlı idmançı qızlarımızdan biri də Aylin Nicat qızı Həsənovadır.

Modern.az-ın məlumatına görə, 160 nömrəli Klassik Gimnaziyanın 1-ci sinif şagirdi Aylin Həsənova bədii gimnastika ilə professional şəkildə məşğul olur. Peşəkar məşqçilər Sevil Fərəcovanın və İlyas Kərimovun tələbəsi olan yeddi yaşlı Aylin öz əzmi və iradəsi nəticəsində artıq beynəlxalq turnirlərdə qalib olmağı bacarıb.

Belə ki, Aylin Həsənova 2015 A kateqoriyası üzrə Macarıstanın Budapeşt şəhərində keçirilən və müxtəlif Avropa ölkələrindən 400-ə yaxın gimnastı özündə birləşdirən beynəlxalq turnirdə 1-ci yeri tutub.

Qeyd edək ki, Aylin Bakıda “Gym Kids sports club”da mütəmadi olaraq məşq keçir. Aylinin gələcəkdə daha da böyük uğurlara imza atacağına və Azərbaycanın bayrağını böyük idman arenalarında dalğalandıracağına onu tanıyan hər kəs inanır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı