Rusiya hərbçilərinin Ukraynanın Sumı vilayətinin mərkəzini atəşə tutması dinc sakinlərin təxliyə prosesini pozub.
Modern.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda Sumı şəhərinin mərkəzində ağır döyüşlər gedir.
Bundan əlavə, qeyd olunub ki, şəhərdən çıxmaq istəyən sakinlər geri qayıdıblar.