Modern.az

Məmmədyarov və Rəcəbovun növbəti sınağı

Məmmədyarov və Rəcəbovun növbəti sınağı

Aktual

3 İyun 2022, 08:25

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda çinli Van Hao, Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaqlar.

 

Qeyd edək ki, ötən üç turun nəticəsinə görə, Ş.Məmmədyarov 4, Teymur Rəcəbov isə 1,5 xal toplayıb.

 

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı