Modern.az

Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü oldu

Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü oldu

Aktual

25 Avqust 2022, 13:23

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə həsr olunmuş beynəlxalq təşkilatdır.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, bu prinsiplər XII əsr şairi və arifi Nizami Gəncəvinin müdafiə etdiyi dəyərlərdir. NGBM-i şərq mədəniyyətinin dahilərindən sayılan Nizami Gəncəvi və onun irsi ilə bağlı bir sıra tədqiqat və sənədləşdirmə layihələri reallaşdırıb. NGBM eyni zamanda dünyanın çağırışlarını müzakirə etmək və mövcud problemlərin həlli yollarını araşdırmaq üçün dövrümüzün ən görkəmli adamlarını bir araya toplayır.

 

Mövcud olduğu 10 il ərzində NGBM 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 Ali Səviyyəli Görüşlərə, 10-dan çox Fakt Araşdırıcı Missiyaya və 20-dən çox koordinasiya görüşlərinə ev sahibliyi edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı