Modern.az

Avropa Ukraynaya 500 milyon yardım ayırdı

Avropa Ukraynaya 500 milyon yardım ayırdı

Aktual

5 Sentyabr 2022, 21:18

Avropa Komissiyası və Ukrayna Kiyevə 500 milyon avro yardım göstərilməsi haqqında saziş imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Samer Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

 

“Avropa Komissiyası və Ukrayna bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi öhdəliklər çərçivəsində 500 milyon avro məbləğində yeni büdcə dəstəyi proqramı imzalayıb. Bu yardım apreldə “Ukraynaya dəstək” kampaniyası çərçivəsində, mayda isə Varşavada keçirilən yüksək səviyyəli beynəlxalq donor konfransının bir hissəsi kimi elan edilib”, - deyə Samer qeyd edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı