Modern.az

Aİ mülki missiyanın göndərilməsini TƏSDİQLƏDİ

Aİ mülki missiyanın göndərilməsini TƏSDİQLƏDİ

Aktual

17 Oktyabr 2022, 12:40

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

 

Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və tərkibi 40-a qədər monitorinq ekspertindən ibarət olacaq.

 

Qeyd olunub ki, mülki missiya müvəqqəti xarakter daşıyacaq və fəaliyyət müddəti iki ay nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı