Ermənistan tərəfinin müqavimətinə baxmayaraq, Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.
Modern.az-ın məlumatına görə, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "Twitter" səhifəsində yerləşdirilən məlumatda bildirilib.
"Biz əvəzsiz dəstəyə görə bütün ölkələrə dərin minnətdarlığımızı bildiririk", - paylaşımda qeyd olunub.