Modern.az

Həftəsonu 80 cinayətin üstü açılıb

Həftəsonu 80 cinayətin üstü açılıb

Aktual

31 İyul 2023, 10:34

İyulun 29-30-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı