Modern.az

Çörək sexində yanğın - FOTO

Çörək sexində yanğın - FOTO

Aktual

30 Avqust 2023, 11:44

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz şəhərində çörək istehsalı müəssisəsində yanğın olması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb olunub. 

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

 

Nəticədə ümumi sahəsi 180 m² olan müəssisənin içərisindəki 24 m²-lik otağın tavan hissəsi yanıb, digər hissələr mühafizə olunub.

Naxçıvanda çörək sexində yanğın olub - FOTO

Naxçıvanda çörək sexində yanğın olub - FOTO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı