Modern.az

Nazirlik: “Məktəbli geyimlərini bahalaşdıranlar cəzalandırılıacaqlar”

Nazirlik: “Məktəbli geyimlərini bahalaşdıranlar cəzalandırılıacaqlar”

Ölkə

24 Avqust 2011, 08:59

Yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və respublikanın regionlarında monitorinqlərə başlayıb.
Nazirlikdən bildirilib ki, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində artım halları ilə qarşılaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur (əlaqə telefonu: 498-15-01, 498-15-04).

“Bakı tikiş evi” ASC-nin rəhbəri Fədail Rəhimov Modern.az-a bildirib ki, ölçüsü 26-38 arasında dəyişən paltarların qiyməti 40 manat, ölçüsü 40-dan yuxarı olanlar üçün isə 45 manat müəyyən edilib.
7-11-ci siniflər üçün məktəbli forması almaq istəyən valideynlər isə bir az çox - toplam 53 manat verməlidirlər. Yəni 40 manat kostyumun, 6 manat 50 qəpik jiletin, 6 manat 50 qəpik isə köynəyin qiymətidir...


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı