Modern.az

Yeni deputatlar hansı komitələrdə işləmək istəyirlər? (sorğu)

Yeni deputatlar hansı komitələrdə işləmək istəyirlər? (sorğu)

Ölkə

30 Noyabr 2010, 14:50


Dördüncü çağırış Milli Məclis artıq sədrini və müavinlərini, komitə sədrlərini təsdiq edib. Əhəmiyyətli dəyişiklik etməyən Milli Məclisin komitələrinin tərkibi hələlik müəyyənləşməyib. Modern.az  Milli Məclisə seçilmiş yeni deputatlardan hansı komitələrdə təmsil olunmaq istəmələri ilə bağlı sorğu keçirib.

Millət vəkili Çingiz Qənizadə bildirib ki, hüquqşünas olduğu üçün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təmsil olunmaq istəyir.

Deputat Fərəc Quliyev isə hesab edir ki, geopolitik mövzulardan yaxşı məlumatlı olduğu üçün Təhlükəsizlik və müdafiə komitəsi onun üçün ən uyğun yerdir.

Salyan rayonunun keçmiş icra başçısı Əliağa Hüseynov isə bildirib ki, keçmiş hərbçi olaraq yəqin ki, uyğun komissiyalardan birinə daxil olacaq.

Telejurnalist Sahib Alıyev isə hələ profilinə uyğun komitə tapmaq üçün araşdırma aparır. Bizimlə söhbətdə o, vurğulayıb ki, profilinə uyğyn komitə tapan kimi orada təmsil olunacaq.

Professor Musa Qasımlı deyib ki, parlamentin elm və təhsil komitəsində işləmək niyyətindədir.

Qeyd edək ki, Milli Məclisin üzvlərinin komissiyalarda təmsil olunması könüllülük əsasındadır və mllət vəkilləri öz təhsil və ixtisaslarına uyğun komitəni seçməkdə sərbəstdirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı