Modern.az

Nazirlik məişət zorakılığından əziyyət çəkənlərin işini yüngülləşdirdi

Nazirlik məişət zorakılığından əziyyət çəkənlərin işini yüngülləşdirdi

Təhsil

4 Mart 2014, 16:12


Məişət zorakılığından əziyyət çəkənlər özləri haqda məlumatı nazirliyin saytında əldə edə bilərlə 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq Komissiya  tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri barədə ətraflı məlumatlar nazirliyin rəsmi //www.mlspp.gov.az saytında yerləşdirilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, mərkəzlərin sosial xidmətlərindən istifadə etmək istəyən vətəndaşlar qeyd olunan saytın ön səhifəsindəki  “Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri” bölməsinə daxil olaraq, həmin mərkəzlərin yerləşdikləri ünvanlar, telefon nömrələri,  e-ünvanları və s. barədə məlumat əldə edə bilərlər.

Xatırladaq ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər olmuş birgə yaşayışdan sui-istifadə edilməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınmasına xidmət göstərirlər. Həmin mərkəzlər eyni zamanda məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirirlər.

 

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı