
Rusiya səhv seçim etdiyindən bütün dünya Ukraynanı dəstəkləmək üçün birləşib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib: “Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozması bütün dünyanı Ukrayna xalqını müdafiə etmək üçün birləşdirib”.
Kerinin fikrincə, bu Rusiyanın seçimidir: “Biz isə hesab edirik ki, bu düzgün seçim deyil. Rusiya vəziyyəti gərginləşdirmək yolunu seçməlidir”.
Dövlət katibinin sözlərinə görə, bu təkcə Ukrayna-Rusiya böhranı deyil: “Bu bütün Avropanın böhranıdır. Hər şey Rusiyanın gərginliyi azaltmağa hazır olub-olmamasından asılıdır. Biz Rusiya tərəfini ordunu yubanmadan çıxartmağa çağırırıq. Bizə təcili, bir daha qeyd edirəm təcili bu problemin həlli üçün fəaliyyət lazımdır”.
Modern.az