Modern.az

İstanbulda gəmi batdı: çox sayda ölən var

İstanbulda gəmi batdı: çox sayda ölən var

Təhsil

3 Noyabr 2014, 11:52


İstanbul boğazının Qara dəniz çıxışı Rumeli Fənəri ərazisində bir gəminin batdığı, çox sayda adamın dənizə düşərək boğulduğu bildirilib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qaçaq mühacirləri daşıdığı ehtimal edilən gəmidən bir neçə adam isə sağ qurtarılıb.    

Sahil Təhlükəsizlik Komandanlığı  və Sahil Təhlükəsizliyi Ümumi Müdirliyi qruplarının axtarış işlərinə Rumeli Fənərindəki balıqçı gəmiləri də qatılıb. Məlumatda qeyd edilir ki, bu ana qədər gəmi faciəsində həlak olan 10 adamın cəsədi tapılıb, 30 adam üçün  axtarışlar davam edir. Gəmidə 40 adamın olduğu, bu ana qədər 6 adamın qurtarıldığı da bildirilir.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı