Modern.az

Goranboyda ağır qəza - Ölən və yaralı var

Goranboyda ağır qəza - Ölən və yaralı var

4 Avqust 2022, 20:31

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

 

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

 

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?