Modern.az

65 yaşlı qadını maşın vurub öldürdü

65 yaşlı qadını maşın vurub öldürdü

30 Noyabr 2022, 09:27

Noyabrın 29-u saat 06:10 radələrində Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində avtomobil piyadanı vurub.

 

Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Bünyabün Əbil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən "RR Petrol" yanacaq doldurma məntəqəsinin qarşısında yolu sağdan sola keçən piyada, 1980-ci il təvəllüdlü Mirzəyeva Afaq Habil qızını vurub.

 

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub