Modern.az

Azad olunmuş ərazilərdə 13 kütləvi məzarlıq AŞKARLANIB

Azad olunmuş ərazilərdə 13 kütləvi məzarlıq AŞKARLANIB

Hadisə

24 Fevral 2024, 12:06

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov erməni işğalından azad olunmuş ərazilərdə 13-cü kütləvi məzarlıq aşkarlandığını bildirib.
 

Modern.az xəbər verir ki. E.Səmədov bu barədə "Nizami" Kino Mərkəzində Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filminin təqdimatı zamanı danışıb.

O, xalqımıza qarşı törədilən cinayətlərin heç vaxt unudulmayacağını diqqətə çatdırıb.

E.Səmədov deyib ki, Dövlət Komissiyası itkin vətəndaşlarımızın taleyi ilə sonuna qədər maraqlanacaq.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil