Modern.az

Lerikə ziyarətə gedənlər qəzaya düşdülər

Lerikə ziyarətə gedənlər qəzaya düşdülər

21 İyun 2024, 13:46

Lənkəranda avtomobil məhəccərə çırpılıb, 3 nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə hadisə Ələt-Astara magistralının 169-cu km-də baş verib.

 

Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi