Modern.az

Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib

Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib

Hadisə

29 İyul 2024, 12:48

Azad olunan ərazilərdə iyulun 22-28-də 31 tank əleyhinə mina, 66 piyada əleyhinə mina, 898 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

 

Məlumata əsasən, 885 hektar ərazi minalardan təmizlənib.

 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB