Modern.az

Bakıdakı yanğın söndürülüb - YENİLƏNİB

Bakıdakı yanğın söndürülüb - YENİLƏNİB

Hadisə

29 İyul 2024, 17:50

Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla əlaqədar məlumat yayıb.

Modern.az xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin artırmasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

"Neftçilər" metrostansiyasının yaxınlığında yanğın başlayıb.

 

Modern.az-a daxil olan məlumata görə, hadisə 62 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi