Modern.az

Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların SON DURUMU

Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların SON DURUMU

3 Avqust 2024, 12:07

Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların son durumu açıqlanıb. 

 

Sumqayıt Tibb Mərkəzindən (STM) Modern.az-a bildirilib ki, ötən gün Bakı-Sumqayıt yonun 29-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq STM-in nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

 

Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.

Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir. 

1980-ci il təvəllüdlü şəxs (qadın cinsli)  isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq