Modern.az

“Qarabağ”dan Türkiyə klubuna TƏKLİF

“Qarabağ”dan Türkiyə klubuna TƏKLİF

İdman

1 May 2023, 14:58

Ağdamın “Qarabağ” klubu Qvineya millisinin futbolçusu Fode Koyta üçün Türkiyənin “Trabzonspor” komandasına yeni təklif göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Mövsümün əvvəlindən 33 yaşlı hücumçunun keçidində maraqlı olan Azərbaycan təmsilçisi yayda bu transferi reallaşdırmaq niyyətindədir.

 

İcarə əsasında Super Liqanın digər komandası “Kasımpaşa”da çıxış edən Koytanı “Trabzonspor” rəhbərliyi də satmağı planlaşdırır.

 

Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayınadəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!