Modern.az

Messi dünya rekordunu təkrarladı

Messi dünya rekordunu təkrarladı

28 May 2023, 09:24

Fransa Liqa 1-nin PSJ klubunun oyunçusu Lionel Messi ən çox kubok qazanma rekordunu təkrarlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa birinci liqasının çempionu olan argentinalı futbolçu karyerasındakı titul sayını 43-ə çatdırıb.

 

Bununla da 36 yaşlı hüçumçu sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.

 

Xatırladaq ki, Messinin aktivində 2 Fransa çempionluğu və Superkuboku var. O, “Barselona” komandasının heyətində 10 dəfə İspaniya La Liqası, 4 dəfə UEFA Çempionlar Liqası, 8 dəfə İspaniya Superkuboku, 7 dəfə İspaniya Kuboku, 3 dəfə Klublararası Dünya Çempionatı və bir o qədər də Avropa Superkubokunun qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı