Modern.az

Ən yaxşı futbolçular AÇIQLANDI

Ən yaxşı futbolçular AÇIQLANDI

İdman

2 İyul 2023, 10:45

İspaniyanın “Marca” nəşri 2022/23-cü il mövsümünün ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

 

Modern.az xəbər verir ki, birinci sırada “Mançestr-Siti”nin hücumçusu Erlinq Holand qərarlaşıb.


Erlinq Holand ötən mövsümü 52 oyunda 52 qol və 9 məhsuldar ötürmə ilə tamamlayıb.

 

İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi, üçüncü yerdə Madridin "Real" klubunun braziliyalı hücumçusu Vinqer Vinisius qərarlaşıb.

 

Qeyd edək ki, ilk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe və “Mançestr-Siti”nin belçikalı oyunçusu Kevin de Brüyne də var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi