Modern.az

Qadınlardan ibarət millimiz son oyununa çıxır

Qadınlardan ibarət millimiz son oyununa çıxır

5 Dekabr 2023, 10:08

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxacaq.

 

Modern.az xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edəcək.

 

"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.

 

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Bu görüş də eyni vaxtda başlayacaq.

 

19:00. Azərbaycan - Farer adaları

 

Xallar: Azərbaycan - 13, Monteneqro - 9, Kipr - 7, Farer adaları - 0.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri