Modern.az

AVRO-2024: Slovakiyanın ilk qələbəsi

AVRO-2024: Slovakiyanın ilk qələbəsi

İdman

17 İyun 2024, 22:24

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.

 

Modern.az xəbər verir ki, E qrupunun ikinci matçında Belçika və Slovakiya komandaları üz-üzə gəlib. Oyun slovakların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yeganə qolu 7-ci dəqiqədə İvan Şrants vurub.

 

Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı